Azərbaycan çempionatında mövsümün ilk baş məşqçi istefası
Tarix: 31-08-2019, 22:00
Baxılıb: 1 033

Azərbaycan çempionatında mövsümün ilk baş məşqçi istefası

31-08-2019, 22:00

Azərbaycan Premyer Liqasının III turunun "Qəbələ" – "Keşlə" oyunundan (0:4) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Sənan Qurbanov istefa verib.
Klub saytının məlumatına görə, rəhbərlik 39 yaşlı mütəxəssisin istefasını qəbul edib.
2012-ci ildə "Qəbələ"nin köməkçi məşqçisi təyin olunan Qurbanov 2018-ci ilin yayından baş məşqçi kimi çalışırdı. Öncə də komandanı baş məşqçi əvəzi kimi 3 matça çıxaran mütəxəssis ümumilikdə 43 oyunda bu vəzifəni yerinə yetirib.
Komanda onun rəhbərliyi altında 15 qələbə qazanıb, 11 heç-heçə edib və 17 dəfə uduzub.
Qeyd edək ki, "Qəbələ" S.Qurbanovun rəhbərliyi altında Azərbaycan kubokunun 2018-2019-cu illər mövsümünün qalibi olub.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ