Şehiç “Qarabağ”a qayıdır – Razılaşma
Tarix: 31-08-2019, 20:01
Baxılıb: 1 735

Şehiç “Qarabağ”a qayıdır – Razılaşma

31-08-2019, 20:01

“Qarabağ” sabiq qapıçısı İbrahim Şehiçi qaytarmaq üzrədir.
Qol.az-ın əldə etdiyi xəbərə görə, Ağdam təmsilçisi futbolçunun klubu Türkiyə “Ərzurumspor” ilə danışıqların son mərhələsindədir. Əgər razılıq əldə edilsə, Şehiç qısa zaman ərzində “Qarabağ”a qoşulacaq. Bosniyalı qolkiper özü artıq Azərbaycan qayıtmağa razılıq verib.
Məlumata görə, məsələ bu gün ərzində həllini tapmalıdır.
Xatırladaq ki, Şehiç 2013-18-ci illərdə “Qarabağ”da oynayıb. Ötən il isə o, müqaviləsi başa çatdıqdan sonra Türkiyənin “Ərzurumspor” klubuna keçib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ