"Qarabağ" 6-cı dəfə avrokubokların qrup mərhələsində
Tarix: 29-08-2019, 22:09
Baxılıb: 1 173

"Qarabağ" 6-cı dəfə avrokubokların qrup mərhələsində

29-08-2019, 22:09

Avromedia.az xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Şimali İrlandiya çempionu "Linfild”i qəbul edib. 
Ötən həftə Belfastda reallaşan ilk qarşılaşmada meydan sahibləri 3:2 hesabı ilə qalib gəlmişdi. "Qarabağ"a qrupa vəsiqə qazanmaq üçün minimal hesablı də bəs edirdi.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən cavab matçıdan hesabı 6-cı dəqiqədə Xayme Romero açıb. 88-ci dəqiqədə Abdullah Zubir fərqi artırıb. Əlavə vaxtda isə Şeyn Leyveri "Linfild"in təsəlli qolun vurub..
Bununla da "Qarabağ" 6-cı dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanıb. "Köhlən atlar” indiyədək Azərbaycan üçün rekord sayda - 1 dəfə Çempionlar Liqasının, 4 dəfə isə Avropa Liqasının qrupunda yer alıb.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ