Azərbaycanda yeni qurum yaradılır - Rəhbəri kimdir?
Tarix: 29-08-2019, 15:32
Baxılıb: 1 735

Azərbaycanda yeni qurum yaradılır - Rəhbəri kimdir?

29-08-2019, 15:32

Tanınmış şair-publisist, Müstəqil.az saytının rəhbəri Faiq Balabəyli Dənizçilərin Hüquqlarının Müdafiəsi Komitəsi adlı qurum yaradır.
Bu barədə Kult.az-a Faiq Balabəyli özü məlumat verib.
Əsas fəaliyyət dairəsi dənizçilik olan Faiq Balabəyli ADXG QSC-nin Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində çalışır. Dənizçilik sahəsində yaranan, həlli mümkün olan, lakin müəyyən səbəblərə görə həllini tapmayan problemlərin aradan qaldırılmasında DHM-in (Dənizçilərin Hüquqlarının Müdafiəsi) xüsusi rol oynayacağını deyən F.Balabəyli Azərbaycan Dəniz Administrasiyasına və ADXG QSC-yə bu işdə dəstək və qarant durmaları haqda da müraciət edəcəklərini deyib.
O qeyd edib ki, dünyanın bir çox sularında, eləcə də Xəzər dənizində üzən dənizçilərin hüquqlarını qorumaq və onlara dəstək olmaq qurumun əsas işi olacaq.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ