DÇ-də ilk medalımız təmin edildi: cüdoçularımız yarımfinalda qarşılaşacaq
Tarix: 27-08-2019, 11:37
Baxılıb: 1 633

DÇ-də ilk medalımız təmin edildi: cüdoçularımız yarımfinalda qarşılaşacaq

27-08-2019, 11:37

Azərbaycan cüdoçuları Rüstəm Orucov və Hidayət Heydərov (hər ikisi 73 kq) Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında yarımfinal mərhələsinə yüksəliblər.
Avromedia.az-ın məlumatına görə, R.Orucov 1/4 finalda israilli Tohar Butbulu, H.Heydərov isə Tacikistan təmsilçisi Bəhruz Xocazodanı mübarizədən kənarlaşdırıb.
İdmançılarımız yarımfinalda bir-biri ilə qarşılaşacaqlar. Beləliklə, ikisindən biri finala çıxacaq ki, bu da Azərbaycan yığmasının dünya çempionatında ilk medalı təmin etməsi deməkdir.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ