Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçları keçiriləcək
Tarix: 27-08-2019, 08:50
Baxılıb: 997

Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçları keçiriləcək

27-08-2019, 08:50

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.
Avromedia.az-ın məlumatına görə, iki gün ərzində altı matç baş tutacaq.
Qrup mərhələsinə son vəsiqələrdən üçü bu gün, üçü sabah sahibini tapacaq. İlk oyun günündə Zaqreb “Dinamo”su və “Olimpiakos” evdə qazandıqları üstünlüyü rəqib meydanında qorumağa çalışacaqlar. “Srvena Zvezda” ilə “Yanq Boyz” qrupa vəsiqə üçün münasibətlərini ayırd edəcəklər.
RSabah “Brügge” və “Slaviya” ötən həftə əldə olunan səfər qələbəsinin təsadüf olmadığını sübut etməyə çalışacaq. Azərbaycan çempionu “Qarabağ”ı yarışdan kənarlaşdıran APOEL isə “Ayaks”ın qonağı olacaq.
Qeyd edək ki, bütün matçlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
27 avqust
Çempionlar yolu
23:00. “Srvena Zvezda” (Serbiya) – “Yanq Boyz” (İsveçrə)
İlk oyun - 2:2
23:00. “Rusenborq” (Norveç) – "Dinamo” (Xorvatiya)
İlk oyun - 0:2
Liqa yolu
23:00. “Krasnodar” (Rusiya) – “Olimpiakos” (Yunanıstan)
İlk oyun - 0:4
28 avqust
Liqa yolu
23:00. “Brügge” (Belçika) – LASK (Avstriya)
İlk oyun - 1:0
Çempionlar yolu
23:00. “Slaviya” (Çexiya) – ÇFR (Kluj, Rumıniya)
İlk oyun - 1:0
23:00. “Ayaks” (Hollandiya) – APOEL (Kipr)
İlk oyun - 0:0
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ