“Neftçi” UEFA Avropa Liqasında mübarizəsini dayandırıb
Tarix: 16-08-2019, 14:00
Baxılıb: 1 840

“Neftçi” UEFA Avropa Liqasında mübarizəsini dayandırıb

16-08-2019, 14:00

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Bney Yehuda” - “Neftçi” oyunu başa çatıb.
Avromedia.az xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində yeganə qolun müəllifi 90-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Emin Mahmudov olub.
Beləliklə, “Neftçi” iki oyunun nəticəsinə əsasən UEFA Avropa Liqasında mübarizəsini dayandırıb.
“Bney Yehuda” klubu play-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin qalibi ilə qarşılaşacaq.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ