"Neftçi" bu gün çətin sınaq qarşısında
Tarix: 15-08-2019, 08:13
Baxılıb: 1 032

"Neftçi" bu gün çətin sınaq qarşısında

15-08-2019, 08:13

“Neftçi” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
Avromedia.az xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsinin cavab matçı çərçivəsində İsraildə “Bney Yehuda” ilə üz-üzə gələcək.
Petah Tikvadakı “Ha Moshava” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Avqustun 8-də “Bakcell Arena”da reallaşan ilk qarşılaşmada heç-heçə qeydə alınıb - 2:2.
Qeyd edək ki, “Neftçi” “Bney Yehuda”nı mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin qalibi ilə qarşılaşacaq. İsveç komandası evdə keçirdiyi ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
21:00. “Bney Yehuda” – “Neftçi”
Baş hakim: Daniele Doveri
Yan xətt hakimləri: Alessandro Kostantso və Alesio Tolfo
Dördüncü hakim: Fabritsio Paskua (hakimlər briqadası İtaliyadandır)
Hakim-inspektor: Stefan Lannoy (Fransa)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Petah Tikva, “Ha Moshava” stadionu
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ