İstanbulda UEFA Super Kuboku uğrunda mübarizə-BU GÜN
Tarix: 14-08-2019, 09:10
Baxılıb: 1 048
Google+ Paylaş
Tumblr Paylaş

İstanbulda UEFA Super Kuboku uğrunda mübarizə-BU GÜN

14-08-2019, 09:10

Bu gün Türkiyənin İstanbul şəhərində UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.
GunAz.az-ın məlumatına görə, "Vodafone Park"da İngiltərənin iki təmsilçisi - "Liverpul" və "Çelsi" komandaları üz-üzə gələcək. Ötən mövsüm "Liverpul" İspaniyanın paytaxtı Madriddə keçirilmiş final matçında "Tottenhem"i 2:0 hesabı ilə yenərək, Çempionlar Liqasının qalibi olub. "Çelsi" isə Bakı Olimpiya Stadionunda təşkil olunmuş Avropa Liqasının həlledici qarşılaşmasında "Arsenal"ı darmadağın edib - 4:1.
Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşü ilk dəfə qadın referi idarə edəcək. Fransalı Stefani Frappara həmyerlisi Manuela Nikolazi və irlandiyalı Mişel O Nil yan xətt hakimləri kimi yardımçı olacaq. Dördüncü hakim funksiyasını türkiyəli kişi referi Cüneyt Çakır yerinə yetirəcək.
Hollandiyalı jurnalist Anton Vitkampın müəllifi olduğu UEFA Superkuboku uğrunda matç 1972/1973 mövsümündən keçirilməyə başlayıb. İndiyədək təşkil olunmuş 43 qarşılaşmanın 23-dən Çempionlar Liqasını qazanmış komanda qalib ayrılıb. Superkuboka hamıdan çox - hərəyə 5 dəfə İspaniyanın "Barselona" və İtaliyanın "Milan" klubları sahib olub. Ölkələr siyahısında isə ən çox qalib adını İspaniya qazanıb - 15 dəfə.
Bugünkü matç İngiltərə klublarının iştirakı ilə ilk Superkubok kimi tarixə düşəcək. "Dumanlı Albion" təmsilçilərindən son olaraq, "Liverpul" 2005-ci ildə bu kuboka yiyələnib. "Qırmızılar"ın ümumilikdə 3, "zadəganlar"da isə 1 belə titulu var.
14 avqust
UEFA Super Kuboku
23:00. "Liverpul" (İngiltərə) - "Çelsi" (İngiltərə)
Hakimlər: Stefani Frappar (Fransa), Manuela Nikolazi (Fransa), Mişel O Nil (İrlandiya), Cüneyt Çakır (Türkiyə)
VAR hakimi: Kleman Türpen (Fransa)
"Vodafone Park", İstanbul (Türkiyə).
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ