"Neftçi" çox güclü komandadır - Abukassis
Tarix: 7-08-2019, 21:47
Baxılıb: 917
Google+ Paylaş
Tumblr Paylaş

"Neftçi" çox güclü komandadır - Abukassis

7-08-2019, 21:47

"Neftçi" çox güclü komandadır. Bizim Bakıya gəlməkdə məqsədimiz qələbə qazanmaqdır. "Neftçi" güclüdür. Ancaq hər bir klubun məqsədi qalib gəlməkdir. Biz də buraya qalibiyyət üçün gəlmişik. Bu, futboldur, istənilən nəticə qeydə alına bilər. Bizim üçün önəmli olan hər iki görüşdə sərfəli nəticə qazanmaqdır.
APA-nın məlumatına görə, bu sözləri "Bney Yehuda"nın baş məşqçisi Yossi Abukassis Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi" ilə ilk oyun öncəsi mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis bildirib ki, Bakı klubu "Arsenal"ı 3:0 hesabı ilə məğlub etməklə gücünü göstərib.
Onun sözlərinə görə, "Neftçi"nin zəif və güclü cəhətlərini artıq öyrəniblər və sabahkı matçda bundan yararlanmağa çalışacaqlar: "Müdafiədə, yoxsa hücumda oynayacağımızı da sabah görəcəksiniz. "Neftçi" çox güclü olsa da, özümüzü uğursuzluğa kökləyə bilmərik. Yalnız uğurlu nəticəyə köklənmişik. Məğlubiyyət haqda düşünmürük. Sabah hələ ilk oyun olacaq. Əminəm ki, qalib ikinci matçdan sonra bilinəcək. Yalnız müsbət məqamlar düşünürük".
Qeyd edək ki, "Neftçi" - "Bney Yehuda" oyunu sabah saat 21:00-da başlayacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ