"Qarabağ"la oyunda çətin işimiz var" - APOEL-in baş məşqçisi
Tarix: 6-08-2019, 08:24
Baxılıb: 1 037

"Qarabağ"la oyunda çətin işimiz var" - APOEL-in baş məşqçisi

6-08-2019, 08:24

"Musa Al-Tamarinin oynayıb-oynamayacağını bilmirik. O oynamasa,  3-4-3 sxemi ilə çıxış edəcəyik. Onun durumunu son dəqiqəyə qədər gözləyəcəyik. Yeniliyə ehtiyacımız var. Məşqlərdə digər sistemlərdən də istifadə edirik. Rəqib 11 ildir eyni baş məşqçi ilə çalışır. Onlarla oyuna hazır olmalıyıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik".
Avromedia.az xəbər verir ki, bu sözləri Kiprin APOEL klubunun baş məşqçisi Paolo Tramezzani Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Ağdam klubu topa sahib olmağı xoşlayır:  "Onlar matça nəzarət etmək istəyirlər. Hücumları həddindən artıq sürətlidir. onlar hər oyunda demək olar ki, 67 faiz topa sahibdirlər. Mübarizə aparmalıyıq. Düzgün hazırlaşmalıyıq. Daha öncə yaxşı nəticələr əldə edə bildiyimizi göstərdik. Özümüzə inanıram. Oyunçuların eyni ruhla oynayacağını düşünürəm".
Tramezzani üç müdafiəçi ilə meydana çıxmaq barədə də danışıb: "Bizim necə oynayacağımız önəmli deyil. Mən buraya gəldikdən sonra bu sistemlə mübarizə apardıq və "Apollon"u məğlub edə bildik. Biz daha çox qol vurduq və daha az buraxdıq. Sabah çətin bir işimiz var. Əsas sistem deyil. 10 müdafiəçi ilə oynaya və qol vura bilərik. Bu, ən yaxşı sistem olmaya bilər. Ancaq bizə inam verir və özümüzü bununla rahat hiss edəcəyik".
Qeyd edək ki, APOEL - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ