Güləşçilərimizdən dünya çempionatında növbəti “qızıl” və “gümüş”
Tarix: 3-08-2019, 22:07
Baxılıb: 1 113

Güləşçilərimizdən dünya çempionatında növbəti “qızıl” və “gümüş”

3-08-2019, 22:07

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir.
Avromedia.az xəbər verir ki, altıncı yarış günündə Azərbaycan yunan-Roma güləşində ilk qızıl medalını qazanıb.
Əvvəlcə Ziya Babaşov (-48 kq) finalda iranlı güləşçi Əmirrza Məhəmmədrza Dehbozorqi ilə qarşılaşmada son dəqiqədə üstünlüyü əldən verərək 1:3 hesabı ilə uduzub.
Ziya gümüş medalı boynundan asıb.
Nihat Məmmədli (-55 kq) isə Avropa çempionluğundan sonra dünyanın da ən güclüsü olub.
Həlledici qarşılaşmada Hindistan təmsilçisi Pravin Panduranq Patilə 9:0 qalib gələn Nihat qızıl medal qazanıb.
Qeyd edək ki, Azərbaycan bu dünya çempionatında daha əvvəl sərbəst güləşdə bir qızıl və bir bürünc medal qazanıb.
Onu da bildirək ki, sabah - sonuncu gündə Azərbaycanın daha iki yunan-Roma güləşçisi finalda çıxış edəcək.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ