"Qarabağ" "Dundalk"a qarşı - Canlı
Tarix: 31-07-2019, 21:09
Baxılıb: 16

"Qarabağ" "Dundalk"a qarşı - Canlı

31-07-2019, 21:09

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.
Avromedia.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ” İrlandiya çempionatının son qalibi "Dundalk”ı qəbul edəcək.
Bu komandalar arasında bir həftə öncə Dundalkda keçirilmiş ilk qarşılaşma 1:1 hesabıyla başa çatıb. Bu üzdən də Qurban Qurbanovun yetirmələrinə mərhələ adlamaq üçün ya qolsuz heç-heçə, ya da mütləq qələbə qazanmaq lazımdı. "Dalğa Arena” keçiriləcək qarşılaşmaya saat 21.00-da start veriləcək.
"Qarabağ” İrlandiya çempionunu mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə Cənubi Kiprin APOEL klubu ilə qarşılaşacaq. Ağdam klubu "Dundalk”ı keçə bilməsə, Avropa Liqasının III təsnifat mərhələsində Slovakiya "Slovan”ı ilə mübarizə aparmalı olacaq.
***
"Qarabağ" və "Dundalk" komandalarının Çempion Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək cavab oyunu üçün start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
"Qarabağ": 13. Vaqner Silva, 4. Rahil Məmmədov. 14. Rəşad Sadıqov, 5. Maksim Medvedev 20. Riçard Almeyda, 3. Ailton Silva, 17. Abdullah Zubir, 8. Miçel Madeyra, 9. Xayme Romero, 11. Mahir Emreli, 19. Filip Ozobiç
"Dandolk": 1. Rocers, 2. Qennon, 4. Hoare, 5. Şilds, 7. Daffi, 9. Hoban (k), 10. Makqart, 11. Makeleni, 14. Massey, 21. Kleri, 44. Boyl
Qeyd edək ki, qarşılaşma saat 21:00-da başlayacaq.
***
"Qarabağ" "Dundalk" matçı başladı.
Matçın canlı yayımını BURADAN izləyə bilərsiniz.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ