"Qarabağ" İrlandiya çempionuna qarşı
Tarix: 31-07-2019, 10:34
Baxılıb: 1 750
Google+ Paylaş
Tumblr Paylaş

"Qarabağ" İrlandiya çempionuna qarşı

31-07-2019, 10:34

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.
Avromedia.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ” İrlandiya çempionatının son qalibi "Dandalk”ı qəbul edəcək.
Bu komandalar arasında bir həftə öncə Dundalkda keçirilmiş ilk qarşılaşma 1:1 hesabıyla başa çatıb. Bu üzdən də Qurban Qurbanovun yetirmələrinə mərhələ adlamaq üçün ya qolsuz heç-heçə, ya da mütləq qələbə qazanmaq lazımdı. "Dalğa Arena” keçiriləcək qarşılaşmaya saat 21.00-da start veriləcək.
"Qarabağ” İrlandiya çempionunu mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə Cənubi Kiprin APOEL klubu ilə qarşılaşacaq. Ağdam klubu "Dandalk”ı keçə bilməsə, Avropa Liqasının III təsnifat mərhələsində Slovakiya "Slovan”ı ilə mübarizə aparmalı olacaq.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ