Cəbrayıl Hacıyev dünya çempionu oldu
Tarix: 30-07-2019, 21:46
Baxılıb: 889

Cəbrayıl Hacıyev dünya çempionu oldu

30-07-2019, 21:46

Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Hacıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb.
Avromedia.az Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan Hacıyev debütdə türkiyəli rəqibini çətinlik çəkmədən məğlub edib.
Ötən həftə Bakıda keçirilmiş Avropa Gənclər Yay Olimpiya Oyunlarının (EYOF) qalibi daha sonra iranlı pəhləvanla qarşılaşmadan qalib ayrılıb. Yaponiyalı güləşçini də yolundan kənarlaşdıran Hacıyev yarımfinala vəsiqə qazanıb.
Finalın bir addımlığında onun rəqibi Gürcüstan təmsilçisi olub. EYOF-da tam üstünlüklə qalib gəldiyi rəqibin ciddi müqaviməti ilə üzləşən yığma üzvü hesabda 2:6 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək son saniyələrdə icra etdiyi uğurlu fəndlərlə adını finala yazdırmağı bacarıb. Hacıyev həlledici qarşılaşmada EYOF-un finalında məğlub etdiyi Rusiya idmançısı ilə qarşılaşıb və Bakıdakı ssenari təkrarlanıb. Yenə hesabda geri düşən azərbaycanlı pəhləvan əzmkar qələbə qazanaraq dünya çempionu olub.
Digər sərbəst güləşçilərdən Cavid Cavadov (48 kq) bürünc medal uğrunda görüşdə hindistanlı rəqibinə yenilərək 5-ci yerlə kifayətlənib.
Zirəddin Bayramov (55 k1) 1/4 finalda qitə birinciliyinin yarımfinalında məğlub olduğu Türkiyə güləşçisi Muhammet Karavusa növbəti dəfə uduzaraq, çıxışlarını başa vurub.
Fərid Cabbarov (80 kq) ilk görüşdə amerikalı, Hamlet Nəsibli (110 kq) ukraynalı rəqibinə uduzaraq, mübarizəni dayandırıb.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ