"Liverpul" və "Siti"dən qələbə, "Yunayted" məğlub oldu
Tarix: 16-10-2021, 23:49
Baxılıb: 1 170
Google+ Paylaş
Tumblr Paylaş

"Liverpul" və "Siti"dən qələbə, "Yunayted" məğlub oldu

16-10-2021, 23:49

Oktyabrın 16-da futbol üzrə İngiltərə Premyer Liqasında səkkizinci turun oyunları keçirilib.
Avromedia.az xəbər verir ki, turun ilk oyun günündə 7 qarşılaşma olub. Gecənin ən məhsuldar oyunu "Vatford" və "Liverpul" komandaları arasında qeydə alınıb. Görüş "Liverpul" komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0. Mersessayd təmsilçisinin heyətində Sadio Mane, Roberto Firmino (2) və Məhəmməd Salah fərqləniblər.
Son çempion "Mançester Siti" autsayder "Börnli" komandasını qəbul edib. Pep Qvardiolanın yetirmələri aktivlərinə növbəti üç xalı yazıblar. Qarşılaşma Mançester təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bernardo Silva və Kevin de Brüyne fərqləniblər.
Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
"Aston Villa" - "Volverhemton" - 2:3;
"Lester Siti" - "Mançester Yunayted" - 4:2;
"Norviç Siti" - "Brayton" - 0:0;
"Southenton" - "Lids Yunayted" - 1:0;
"Bredford" - "Çelsi" - 0:1.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ