Messi cərimələndi - DÇ-nin ilk oyunu əldən çıxdı
Tarix: 24-07-2019, 12:29
Baxılıb: 1 151

Messi cərimələndi - DÇ-nin ilk oyunu əldən çıxdı

24-07-2019, 12:29

Argentina yığması və “Barselona” klubunun hücumçusu Lionel Messi Amerika Kuboku-2019 turnirindəki davranışına görə cəzalandırılıb.
L.Messi bir oyunluq diskvalifikasiya edilib və 1,5 min dollar məbləğində cərimələnib. Beləliklə, o, 2022-ci il dünya çempionatının seçmə mərhələsinin start oyununda oynaya bilməyəcək.
Xatırladaq ki, argentinalı ulduz yarımfinalda Braziliyaya qarşı (0:2) oyundan sonra hakimin işini tənqid etmişdi, üçüncü yer uğrunda keçirilmiş matçda (2:1) isə Çili üzərində qələbənin ardınca mükafatlandırma mərasimində iştirak etməmişdi.
O, Cənubi Amerika Futbol Konfederasiyasındakı korrupsiya barədə sərt formada ifadələr işlətmişdi. L.Messi sonra sözlərinə görə üzr istəmişdi.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ