“Neftçi”ni Rusiyada anşlaq gözləyir - Yeniləndi
Tarix: 23-07-2019, 20:18
Baxılıb: 1 138

“Neftçi”ni Rusiyada anşlaq gözləyir - Yeniləndi

23-07-2019, 20:18

Bakının “Neftçi” klubunun Avropa Liqasının II təsnifat mərhələsində keçirəcəyi hər iki oyun canlı yayımlanacaq.
APA-nın məlumatına görə, paytaxt təmsilçisinin Rusiyanın “Arsenal” klubu ilə keçirəcəyi görüşlər “CBC Sport” vasitəsilə nümayiş olunacaq.
Azarkeşlər iyulun 25-i “Arsenal” mərkəzi stadionunda, avqustun 1-i isə “Bakcell Arena”da baş tutacaq izləyə biləcəklər.
Qeyd edək ki, hər iki matç saat 21:00-da başlayacaq.
***
Avropa Liqasının ikinci təsnifat raundu çərçivəsində Tulanın “Arsenal” komandasını Azərbaycanın “Neftçi” komandası ilə ev oyununda dolu tribunalar gözləyir.
Oyun iyulun 25-də keçiriləcək. Cavab matçı isə avqustun 1-də Bakıda təşkil olunacaq.
“Biletlər aktiv satılır. Biz anşlaq gözləyirik”, - deyə mətbuat xidmətindən bildiriblər.
Rusiya Premyer Liqasının 2018/2019-cu il mövsümünün yekununa görə, “Arsenal” altıncı yeri tutub. Bununla da Avropa Liqasının ikinci seçmə raundunda iştirak hüququ qazanıb. “Neftçi” milli birincilikdə ikinci yerdə olub və turnirə birinci təsnifat raundundan başlayıb. Burada iki görüşün nəticəsinə görə Moldovanın “Sperans” komandasına qalib gəlib (6:0, 3:0).
Avropa Liqasının cari mövsümündə Rusiyanı, həmçinin Moskvanın “Spartak” və MOİK klubları təmsil edəcək. “Qırmızı-ağlar” üçüncü təsnifat raundundan çıxışa başlayacaq ki, burada da İsveçrənin “Tuna” klubuna qarşı çıxış edəcəklər (oyunlar avqustun 8-də və 15-də keçiriləcək). Ordu klubu isə birbaşa turnirin qrup raunduna düşüb (püşkatma – 30 avqust, birinci tur – 19 sentyabr).
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ