Bakı-2019: Güləşçilərimiz qızılları sıralayır - 8-cisi gəldi...
Tarix: 23-07-2019, 19:20
Baxılıb: 1 638

Bakı-2019: Güləşçilərimiz qızılları sıralayır - 8-cisi gəldi...

23-07-2019, 19:20

Azərbaycanın sərbəst güləşçisi Kənan Heybətov iyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarında qızıl medal qazanıb.
Avromedia.az xəbər verir ki, yarışda 51 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz finalda rusiyalı Rüstəm Dolayev ilə qarşılaşıb. Oyunun sonunda hesabda geri olan güləşçimiz yüksək əzmkarlıq göstərərək qarşılaşmanın başa çatmasına 15 saniyə qalmış ardıcıl fəndlər sayəsində 8:5 hesabı ilə qalib gəlib. Bununla da K.Heybətov festivalda Azərbaycanın aktivinə 7-ci qızıl medalı qazandırıb.
Bu çəki dərəcəsində bürünc medallara ukraynalı İvan Terzi və moldovalı Konstantinam Kirilov sahib olublar.
Xatırladaq ki, K.Heybətov finala gedən yolda ukraynalı İvan Terziyə (12:2), finlandiyalı Niko Hivoneyə (10:0), yarımfinalda yunanıstanlı Nektarios Kuzupisə (12:1) qalib gəlib. Bundan əlavə, güləş yarışlarının sonuncu günündə Azərbaycan pəhləvanı Cəbrayıl Hacıyev (65 kq) finalda rusiyalı Batırbek Tsxovrebov ilə qarşılaşıb.
Görüşdə 0:4 hesabı ilə geridə olmasına baxmayaraq, möhtəşəm geri dönüş edən Cəbrayıl Həsənov 6:5 hesabı ilə qalib gələrək festivalda ölkəmizə səkkizinci qızıl medalı qazandırıb.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ