“Qarabağ”ın potensial rəqibləri bilindi - Siyahı
Tarix: 22-07-2019, 15:20
Baxılıb: 1 151
Google+ Paylaş
Tumblr Paylaş

“Qarabağ”ın potensial rəqibləri bilindi - Siyahı

22-07-2019, 15:20

"Qarabağ"ın avrokuboklardakı növbəti rəqibləri müəyyənləşib.
Report-un məlumatına görə, Azərbaycan təmsilçisi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Dandolk” (İrlandiya) səddini keçəcəyi təqdirdə, “Sutyeska” (Monteneqro) / APOEL (Nikosiya, Kipr) cütünün qalibi ilə üz-üzə gələcək. İlk oyunlar 6-7 avqustda, cavab qarşılaşmaları isə 13 avqustda olacaq.
“Qarabağ” “Dandolk”u üstələyə bilməyəcəyi halda isə Avropa Liqasının III təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) – “Feronikeli” (Kosovo) cütünün qalibi ilə görüşəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Dandolk”la iyulun 24-də səfərdə, iyulun 31-də isə evdə qarşılaşacaq. Ölkə çempionu I təsnifat mərhələsində “Partizani”dən güclü olub (0:0, 2:0).
Çempionlar yolu
“Makkabi” (Tel-Əviv, İsrail) / "CFR Kluj" (Rumıniya) - “Seltik” (Şotlandiya) / “Nomme Kalyu” (Estoniya)
APOEL (Nikosiya, Kipr) / “Sutyeska” (Monteneqro) - “Dandolk” (İrlandiya) / “Qarabağ” (Azərbaycan)
PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya)
“Dinamo” (Zaqreb, Xorvatiya) / “Saburtalo” (Gürcüstan) - “Ferensvaroş” (Macarıstan) / “Valetta” (Malta)
“Srvena Zvezda” (Serbiya) / HİK (Finlandiya) - “Kopenhagen” (Danimarka) / TNS (Uels)
“Maribor” (Sloveniya) / AIK (İsveç) - BATE (Belarus) – “Rusenborq” (Norveç)
Liqa yolu
“Başakşehir” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) / “Viktoriya” (Çexiya)
“Krasnodar” (Rusiya) – “Portu” (Portuqaliya)
“Brügge” (Belçika) – “Dinamo” (Kiyev, Ukrayna)
PSV (Hollandiya) / “Bazel” (İsveçrə) – LASK (Avstriya)
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ