Güləşçilərimizin EYOF-da rəqibləri bilindi
Tarix: 20-07-2019, 22:06
Baxılıb: 746

Güləşçilərimizin EYOF-da rəqibləri bilindi

20-07-2019, 22:06

Sabah Heydər Əliyev adına İdman-Konsert Kompleksində Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışı start götürəcək. 
Avromedia.az xəbər verir ki, ilk yarış günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kq-da mübarizə baş tutacaq. 
Bu gün Atletlər Kəndində həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib. 
Sərbəst güləş 
45 kq 
A qrupu

I tur - Murad Haqverdiyev - Eldar Asakayev (Rusiya)
55 kq 
1/8 final - Əbülfəz Nəsirov - Harvi Ridinqs (Böyük Britaniya) 
Yunan-Roma güləşi 
45 kq
Təsnifat - Fərid Sadıxlı - Andrea Martino (İtaliya)
55 kq 
1/8 final - Nihat Məmmədli - Olivye Şkripçak (Polşa)
Qeyd edək ki, saat 16:00-dan etibarən güləşdə final yarışları keçiriləcək.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ