Qurban Qurbanov: “Aberdin”lə oyuna tam hazırıq”
Tarix: 25-08-2021, 22:35
Baxılıb: 1 156
Google+ Paylaş
Tumblr Paylaş

Qurban Qurbanov: “Aberdin”lə oyuna tam hazırıq”

25-08-2021, 22:35

“Çox vacib oyundur. Neçə matçdır ki, ağır yol gəlmişik. Sabahkı görüşdə bir komanda durmalıdır”.
“Report” xəbər verir ki, bu fikirəri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Şotlandiyada “Aberdin”ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis qarşılaşmaya tam hazır olduqlarını bildirib: “Rəqibi çox istəkli görürük. Sabah azarkeşlər hər iki kollektivin oyunundan zövq alacaq”.
Qeyd edək ki, avqustun 26-da keçiriləcək “Aberdin” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ