ABŞ Nümayəndələr Palatası Tramp Administrasiyasının Səudiyyəyə silah satışına qarşı qətnamə çıxarıb
Tarix: 18-07-2019, 20:41
Baxılıb: 1 748

ABŞ Nümayəndələr Palatası Tramp Administrasiyasının Səudiyyəyə silah satışına qarşı qətnamə çıxarıb

18-07-2019, 20:41

ABŞ-ın Nümayəndələr Palatası ABŞ hökumətinin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinə növbəti silah satışı planına qarşı qətnaməni qəbul edib.
Avromedia.az bu barədə CNN.Arabic-ə istinadla xəbər verir.
Bildirilib ki, ABŞ-ın Nümayəndələr Palatası ötən gün keçirdiyi toplantıda ABŞ hökumətinin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinə növbəti silah satışı planına qarşı yeni qətnaməni qəbul edib.
Əksəriyyətini demokratlar təşkil edən ABŞ Nümayəndələr Palatası Yəmən müharibəsi və mərhum Camal Kaşıkçıya görə 8 milyardlıq silah müqaviləsinin qarşısını almaq üçün qətnamə qəbul etdiklərini bildiriblər.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası bundan öncə Trampın irqçi çağırışları və paylaşımlarına görə də qətnamə çıxarmışdılar.
Bildirək ki, Tramp Səudiyyə və BƏƏ-ə silah satışını təmin etmək üçün palatanın qərarını veto etməli olacaq.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ