UEFA Avropa Liqası: “Neftçi” rahat, “Səbail” çətin oyuna çıxır
Tarix: 18-07-2019, 11:15
Baxılıb: 1 148

UEFA Avropa Liqası: “Neftçi” rahat, “Səbail” çətin oyuna çıxır

18-07-2019, 11:15

Bu gün “Neftçi” və “Səbail” klubları UEFA Avropa Liqasında cavab görüşünə çıxacaq.
Avromedia.az xəbər verir ki, bu gün turnir çərçivəsində 43 oyun keçiriləcək.
Bunlardan ikisində Azərbaycan təmsilçisi meydana çıxacaq. Bakı vaxtı ilə saat 20:00-da Rumıniyanın Krayova şəhərində “Universitatya” klubu Azərbaycanın bürünc medalçısı “Səbail”i qəbul edəcək.
İlk görüşdə Bakı klubu 2:3 hesabı ilə uduzduğundan, komandamızı iki top fərqi və ya 4:3 hesabı ilə qələbə növbəti mərhələyə çıxaracaq. Bu görüşü İslandiyadan olan referi Helqi Mikael Yonason idarə edəcək.
Bu matçın başlanmasından bir saat sonra isə “Bakcell Arena”da “Neftçi” Moldovanın “Sperantsa” klubu ilə qarşılaşacaq. Kişinyovdakı ilk görüş Bakı klubunun 3:0 hesablı qələbəsi ilə başa çatdığından, indidən cavab oyununun formal xarakter daşıdığını və bu matçın “Neftçi” üçün növbəti mərhələdəki rəqib Tula “Arsenal”ı ilə görüşə hazırlıq baxımından əlverişli olduğunu qeyd etməliyik.
Sözügedən matça avstriyalı baş hakim Yulian Vaynberqer təyin olunub.
N.SAFURAскачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ