“Qarabağ” - “Partizani” oyunu başladı - YENİLƏNİB
Tarix: 17-07-2019, 20:10
Baxılıb: 1 754

“Qarabağ” - “Partizani” oyunu başladı - YENİLƏNİB

17-07-2019, 20:10

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Partizani” matçına start verilib.
Avromedia.az xəbər verir ki, “Dalğa Arena”da keçirilən görüş saat 21:00-da başlayıb.
Çempionlar Liqası
I təsnifat mərhələsi (cavab oyunu)
17 iyul
21:00. “Qarabağ” – “Partizani” (Albaniya) – 0:0
Baş hakim: Dumitri Muntean 
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 0:0
 
20:20
Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” - “Partizani” matçının heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, saat 21:00-da başlayacaq görüşdə komandalar aşağıdakı heyətlə çıxış edəcəklər.
Çempionlar Liqası
I təsnifat mərhələsi (cavab oyunu)
17 iyul
21:00. “Qarabağ” – “Partizani” (Albaniya)
Baş hakim: Dumitri Muntean 
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 0:0
“Qarabağ”: 13. Vaqner da Silva, 3. Ailton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medveyev, 7. Araz Abdullayev, 8. Miçel, 9. Xayme Romero, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 10. Dani Kintana, 11. Mahir Əmrəli, 21. Hacıağa Hacılı, 30. Abbas Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
“Partizani”: 12. Alban Hoca, 2. Eqzon Belitsa, 7. Eraldo Çinari, 9. Teofilus Solomon, 10. Yasir Asani, 17. Bruno Telyuşi, 20. Esat Mala, 22. Lyabinot İbrahimi, 23. Esin Hakay, 26. Vilyam Kordeyru, 33. Eneo Bitri
Ehtiyat oyunçular: 1. Daşamir Cika, 4. Ron Broy, 19. Lorents Traşi, 38. Kristi Kote, 66. Xosep Ekuban, 90. Emmanuel Mensa, 99. Brayan Braun
Baş məşqçi: Franko Lerda
 
10:14
Bu gün UEFA Çempionlar Liqasında 10 görüş keçiriləcək.
Oxu.Az xəbər verir ki, görüşlərdən biri Bakıda, “Dalğa Arena”da baş tutacaq.
Belə ki, Ağdamın “Qarabağ” klubu bu gün 2019/2020 mövsümündə Bakıda ilk avrokubok matçına çıxacaq. Rəqib Albaniyanın “Partizani” klubudur. Tiranadakı ilk matçda qolsuz heç-heçə qeydə alındığından, Bakıdakı görüşün əhəmiyyəti birə-beş artıb.
Bu matçda zədəli mərkəz müdafiəçisi Bədavi Hüseynovun əvəzinə Rahil Məmmədovun yox, daha təcrübəli Maksim Medvedevin oynayacağı gözlənilir. Ancaq Maksimin sağ cinahda Abbas Hüseynovu əvəzləməsi də gözləniləndir.
Həmçinin müdafiənin sol cinahında braziliyalı Ailton “Qarabağ”da debütünü gerçəkləşdirəcək. O, ilk matçı cəzalı olduğu üçün buraxmalı olmuşdu.
Qeyd edək ki, saat 21:00-da başlayacaq görüşü Moldovadan olan hakim Dmitri Muntyan idarə edəcək.
Oyun “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ