Çempionlar Liqasında mərhələ adlayan 6 komanda müəyyənləşib
Tarix: 17-07-2019, 08:16
Baxılıb: 1 458

Çempionlar Liqasında mərhələ adlayan 6 komanda müəyyənləşib

17-07-2019, 08:16

Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Avromedia.az-ın məlumatına görə, altı cütdə mərhələ keçən komanda bəlli olub.
Moldovada “Şerif”in qapısından üç cavabsız qol keçirən “Saburtalo” evdə çətinliklə üzləşib. İlk 11 dəqiqədə üç qol buraxan Gürcüstan klubu yalnız fasilədən sonra mərhələ keçmək üçün yetərli olan topu vura bilib. “Şerif” isə Avropa Liqasına yollanıb. Tiraspolluların rəqibi “Qarabağ” (Azərbaycan) – “Partizani” (Albaniya) cütündə uduzan komanda olacaq.
“Nomme Kalyu” isə evdəki məğlubiyyətin əvəzini çıxa bilib. Estoniyalılar Makedoniyada “Şkendiya”nı üstələyiblər.
Finlandiyada böyükhesablı qələbə qazanan HİK Farer adalarında çətinliklə üzləşib. İki qol buraxan qonaqlar yalnız ikinci hissənin gedişində hesabda tarazlıq yaradıblar.
“Valletta” isə iki dəfə heç-heçə etdiyi “Düdelanj”ı səfərdə daha çox qol vurduğu üçün keçib. “Srvena Zvezda” Litvada müqavimətini qıra bilmədiyi “Suduva”nı evdə məğlub edib. TNS isə Kosovo təmsilçisi “Ferronikel”i Avropa Liqasına göndərib.
Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
16 iyul
19:00. "Şkendiya" (Makedoniya) – "Nomme Kalyu" (Estoniya) – 1:2
İbraimi, 62 (pen.) – Uqqe, 6, Liliu, 90
İlk oyun - 1:0
21:30. "Saburtalo" (Gürcüstan) – "Şerif" (Moldova) – 1:3
Roloviç, 59 – Latifi, 3, Tambe, 8, 11
İlk oyun – 3:0
22:00. "HB Torshavn" (Farer adaları) – HİK (Finlandiya) – 2:2
Pinqel, 17, Andersen, 58 – Riski, 60, 77
İlk oyun - 0:3
22:00. "Valletta" (Malta) – "Düdelanj" (Lüksemburq) – 1:1
Fontanella, 35 – Pokar, 58
İlk oyun - 2:2
22:45. “Ferronikel” (Kosovo) – TNS (Uels) – 0:1
Ebbe, 67
İlk oyun – 2:2
22:45. "Srvena Zvezda" (Serbiya) – "Suduva" (Litva) – 2:1
Boakye, 4, Marin, 29 – Topçaqiç, 90
İlk oyun - 0:0
 
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ