“Qarabağ” mövsümün ilk ev oyununu keçirəcək
Tarix: 17-07-2019, 08:00
Baxılıb: 1 457

“Qarabağ” mövsümün ilk ev oyununu keçirəcək

17-07-2019, 08:00

Bu gün futbol üzrə Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçını keçirəcək.
Avromedia.az-ın məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda qüvvəsini sınayacaq.
Qurban Qurbanovun yetirmələri Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaqlar. Ötən həftə Tiranada keçirilən qarşılaşmada qolsuz heç-heçə edən təmsilçimiz mərhələ adlamaq üçün mütləq qalib gəlməlidir.
Ardıcıl 5 il qitə kuboklarının qrup mərhələsinə yüksələn “Qarabağ” eyni uğura gedən yolda ilk addımını “Dalğa Arena”da atmalıdır. Yeni mövsümün ilk ev oyununda doğma azarkeşləri önünə çıxacaq ağdamlılar mərhələ adlasa, “Riqa” (Latviya) – “Dandalk” (İrlandiya) cütünün qalibi ilə görüşəcəklər. Əgər çempionumuz bu vəzifənin öhdəsindən gələ bilməsə, mübarizəni Avropa Liqasında davam etdirəcək. Burada isə rəqib Moldova "Şerif"i olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Partizani” görüşü saat 21:00-da başlayacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
17 iyul
21:00. “Qarabağ” – “Partizani” (Albaniya)
Baş hakim: Dumitri Muntean
Baş hakimin köməkçiləri: Vlad Lifçiu, Andrei Bodean
Dördüncü hakim: Aleksandru Tean (hamısı Moldova)
UEFA nümayəndəsi: Maykl Foster (İngiltərə)
Hakim-inspektor: Uilyam Yang (Şotlandiya)
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 0:0
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ