Qaydasız döyüş üzrə beynəlxalq turnirin qalibi HƏMYERLİMİZ OLDU
Tarix: 29-07-2021, 20:35
Baxılıb: 2 180
Google+ Paylaş
Tumblr Paylaş

Qaydasız döyüş üzrə beynəlxalq turnirin qalibi HƏMYERLİMİZ OLDU

29-07-2021, 20:35

 25 iyul tarixdə, Bakıda sərhədçı olimpia idman kompleksində qaydasız döyüş üzrə beynəlxalq turnir keçirilib. 
Yarışın təşkilatçıları dünya Jaguar qarışıq döyüş növləri fedarasiyasının avropa prezidenti 3 qat dünya çempionu, idman ustası Qarabağ müharıbəsi iştirakçısı,Orxan Vəliyev, Qarabağ qazisi Emin İsmayılov və BUDO döyüş növləri federasiyası olub. Şəhidlərimizin əziz xatirəsinə həsr olan turnir Baku tv ilə canlı yayımlanıb. Turnirdə Azərbaycanı təmsil edən, Emin İsmayılov, Elçin Alıyev, Ülvi Abdullayev, Ümid Məmmədzadə, Tofidi Yadigar, Anar Əsədullayev və başqa idmançılarımız yarışı uğurla başa vurublar. Yarışın maraqlı döyüşü isə təmsilçimiz Emin İsmayılov və qardaş olkə olan Türkmənistan idmançısı, Faruk Nurmetov arasında olub. Təmsilçımz vaxtından əvvəl qalib gələrək növbəti qələbəsini qazanıb. Yarışın sonunda Emin İsmayılov media qarşısına çıxaraq qələbəsini şəhidlərimizə həsr etdiyini deyib və qardaş ölkənin təmsilçisi Faruk Nurmetov haqqında xoş təsuratını bölüşüb.
    - Şükürlər olsun ki, bu gün çox güclü olan rəqibimə qarşı növbəti qalibiyyətimi qazandım, Düzdü o, mənim üçün rəqib sayılmır çünki, qardaş ölkənin idmançısıdır, biz bir millətik, Turanın övladlarıyıq. Bundan sonrakı, döyüşlərimdə də olkəmizi laiqincə təmsil edəcəm, şəhidlərimizin və qazilərimizin xatirələrini daima uca tutacam. Xatırladaq ki, yarışda 6 ölkə, Azərbaycan, Türkiyə, Qırğızıstan, Türkmənistan, Rusiya və İran idmançıları iştirak edib.
Vəli ƏDİBOĞLU



скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ