Rəqibin əli ilə özünü vurdu - ilin simulyasiyası
Tarix: 13-07-2019, 19:37
Baxılıb: 355
Google+ Paylaş
Tumblr Paylaş

Rəqibin əli ilə özünü vurdu - ilin simulyasiyası

13-07-2019, 19:37

Afrika Millətlər Kubokunun 1/4 final mərhələsinin Kot-d`İvuar - Əlcəzair oyununda kuryoz hadisə yaşanıb.
Avromedia.az qol.az-a istinadən xəbər verir ki, epizodların birində əlcəzairli müdafiəçi Remi Bensabaini rəqib hücumçu Vilfrid Zahanı meydandan qovdurmaq üçün qeyri-adi üsula əl atıb. Forvardın qolundan tutan Bensabaini bilərəkdən öz üzünə zərbə endirib. Daha onra isə simulyasiya edərək, yerə yıxılıb.
Ancaq epizodu düzgün dəyərləndirən baş hakim müdafiəçinin təxribatının qarşısını alıb.
Qeyd edək ki, əsas vaxtı 1:1 başa çatan matçın penaltilər seriyasında daha dəqiq oynayan (4:3) Əlcəzair seçməsi yarımfinala çıxıb. Onlar bu mərhələdə Nigeriya ilə qarşılaşacaqlar.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ