“Qarabağ” Albaniyadan heç-heçə ilə dönür - YENİLƏNİB
Tarix: 10-07-2019, 22:04
Baxılıb: 283

“Qarabağ” Albaniyadan heç-heçə ilə dönür - YENİLƏNİB

10-07-2019, 22:04

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” bu gün I təsnifat mərhələsində ilk oyununa çıxıb.
Avromedia.az xəbər verir ki, Azərbaycan çempionu Albaniyada bu ölkənin “Partizani” klubu ilə üz-üzə gəlib.
Hər iki tərəfin cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb.
Komandalar meydandan 0:0 hesablı bərabərliklə ayrılıbılar.
Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
10 iyul
19:30. “Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan) - 0:0
Hakimlər: Porvaldur Arnason, Yohann Qunnar Qudmundsson, Andri Viqfusson, Petur Qudmundsson (hamısı İslandiya) 
Tirana. "Selman Stermasi" stadionu
 
19:30
Çempionlar Liqasının I təsnifat mərhələsində ölkəmizi təmsil edən “Qarabağ” bu gün ilk oyununa çıxır.
Avromedia.az xəbər verir ki, Azərbaycan çempionu Albaniyada bu ölkənin “Partizani” komandası ilə üz-üzə gəlir.
Artıq oyuna start verilib.
Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
10 iyul
19:30. “Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Porvaldur Arnason, Yohann Qunnar Qudmundsson, Andri Viqfusson, Petur Qudmundsson (hamısı İslandiya) 
Tirana. "Selman Stermasi" stadionu
19:09
“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın “Partizani” klub ilə üz-üzə gələcək.
Avromedia.az xəbər verir ki, saat 19:30-da start götürəcək oyunda komandaların start heyətləri açıqlanıb.
“Partizani”: 12. Alban Hoca (kap.), 2. Eqzon Belika, 7. Erald Çinari, 10. Yasir Asani, 17. Bruno Teluşi, 20. Esat Mala, 22. Labinot İbrahimi, 23. Ersin Hakay, 26. Uilyam Kordeyro, 33. Eneo Bitri, 90. Emmanuel Mensah
Ehtiyat oyunçular: 1. Daşamir Cika, 4. Ron Broya, 9. Teofilus Solomon, 18. Lukas, 19. Lorents Traşi, 38. Kristi Kote, 99. Brayan Braun
Baş məşqçi: Franko Lerda
“Qarabağ”: 13. Vaqner, 4 Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (kap.), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev
Baş məşqçi: Qurban Qurbanov
09:41
Bu gün 2019/2020 mövsümü üzrə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin digər səkkiz oyunu keçiriləcək.
Avromedia.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu gün UEFA-nın ən ali turnirində ilk matçına çıxacaq.
Qurban Qurbanovun yetirmələrinin rəqibi Albaniya çempionu “Partizani”dir. 16 qat Albaniya çempionu olan Tirana klubunu 51 yaşlı italiyalı baş məşqçi Franko Lerda çalışdırır. Ağdam klubunda əsas mərkəz müdafiəçisi Bədəvi Hüseynov zədəli olduğundan bu matçda meydana Rahil Məmmədovun çıxacağı gözlənilir.
Bakı vaxtı ilə saat 19:30-da başlayacaq görüşdə hakimlər İslandiyadan olacaq. Görüşü 2010-cu ildən FIFA referesi olan Torvaldur Arnason idarə edəcək. Oyun “Partizani”nin müvəqqəti stadionu olan Selman Stermasi adına arenada baş tutacaq.
Qeyd edək ki, bu matç “CBC Sport” telekanalı vasitəsilə yayımlanacaq.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ