"Mançester Siti" "Atletiko"nun futbolçusunu 70 milyon avroya transfer edib
Tarix: 3-07-2019, 22:11
Baxılıb: 540

"Mançester Siti" "Atletiko"nun futbolçusunu 70 milyon avroya transfer edib

3-07-2019, 22:11

İngiltərənin "Mançester Siti" klubu İspaniyanın "Atletiko" (Madrid) komandasının futbolçusu Rodriqo Ernandesi heyətinə qatıb. 
Avromedia.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "şəhərlilər" 23 yaşlı yarımmüdafiəçinin sərbəst qalma məbləğini ödəyib. 
"Atletiko" bu transferdən 70 milyon avro qazanıb. Bildirilib ki, Ernandes klubla 2023-cü ilin yayına qədər olan müqaviləsini bir tərəfli ləğv edib. 
Qeyd edək ki, Rodriqo Ernandes 2018/2019 mövsümündə La Liqada 34 oyunda meydanda olub. O, bu qarşılaşmalarda 3 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi Çempionlar Liqasında 8, İspaniya Kubokunda isə 4 qarşılaşmada iştirak edib. 
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ