"Qarabağ" qələbəni əldən verdi
Tarix: 2-07-2019, 21:35
Baxılıb: 1 653

"Qarabağ" qələbəni əldən verdi

2-07-2019, 21:35

Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ" komandası Avstriyada təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib.
Avromedia.az-ın məlumatına görə, ölkə çempionu Çexiyanın "Viktoriya" (Plzen) kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində hər iki qolu Azərbaycan millisinin üzvü Mahir Emreli vurub. 22 yaşlı hücumçu 42 və 52-ci dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda digər yoxlama oyunlarında “Ludoqorets”ə (Bolqarıstan) uduzub (0:2), “Krayova” (Rumıniya) ilə qolsuz bərabərə qalıb, “Ufa”ya (Rusiya) isə qalib gəlib (2:1).
Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın "Partizani" komandası ilə üz-üzə gələcək. İlk matç iyulun 10-da səfərdə, cavab qarşılaşması isə bir həftə sonra Bakıda olacaq.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ