Məşhur futbolçu saxlanıldı
Tarix: 29-06-2019, 13:43
Baxılıb: 1 151

Məşhur futbolçu saxlanıldı

29-06-2019, 13:43

Qətərin “Əl-Qarafa” klubunun yarımmüdafiəçisi Uesli Sneyder Niderlandda saxlanılıb.
Lenta.ru” xəbər verir ki, futbolçu Utrext şəhərində vətəndaşa məxsus maşını zədələdiyinə görə saxlanılıb.
U.Sneyder avtomobilin sahibinə təzminat verməyi təklif etdikdən sonra məsələ yoluna qoyulub.
Futbolçu və onun nümayəndəsi hadisəni şərh etməkdən imtina ediblər.
Qeyd edək ki, U.Sneyder 2018-ci ildən Qətər klubunda çıxış edir. Yarımmüdafiəçi Niderland yığmasının tərkibində 2010-cu ildə dünya ikincisi, 2014-cü ildə isə dünya üçüncüsü olub.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ