Stadnik: Ən çətin qarşılaşmam finalda oldu
Tarix: 28-06-2019, 21:54
Baxılıb: 30

Stadnik: Ən çətin qarşılaşmam finalda oldu

28-06-2019, 21:54

Avropa Oyunlarında ən çətin qarşılaşmam finalda oldu. Çünki bu rəqiblə evdə bir yerdə məşq edirik.
Bunu Avromedia.az-ın Minskə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan yığmasının güləşçisi Mariya Stadnik deyib.
Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarının qalibi olan idmançımız ukraynalı Oksana Livaçla final görüşündən sonra fikirlərini bölüşüb:
“Hər gün onunla eyni zalda hazırlıq keçirik. Bir-birimizi yaxşı tanıyırıq. Kiçik vaxtından yanımızda olub. Klubdakı komanda yoldaşımdır. Bu üzdən psixoloji baxımdan daha çətin idi. Amma yaşda ondan böyüyəm, hələ daha təcrübəliyəm”. 
M.Stadnik yarışın yüksək səviyyədə olmasından da danışıb: 
“Yarışın təşkilatçılığı yüksək səviyyədədir. Təşkilatçıların hamısına təşəkkür edirəm. Çünki idmançılar üçün hər cür şərait yaradılıb. Heç bir çətinlik yaranmır. Yemək, nəqliyyat hər şey yaxşıdır. Yalnız qələbəyə köklənmək qalır”.
İdmançımız gənc rəqibinin inkişafına sevindiyini bildirib: 
“Şadam ki, rəqibim inkişaf edir. Mənim qatılmadığım Avropa çempionatında qalib oldu. Bu da məni sevindirir. Çünki bir yerdə çalışırıq. Bizim işimizdir. Əgər Avropada mənim arxamda o gəlirsə, deməli işimiz yaxşı gedir”.
M. Stadnik əməliyyatdan sonra keçdiyi bərpa prosesi zamanı dəstək görməsinə sevindiyini də etiraf edib: 
“Özümü normal hiss edirəm. Bərpa prosesində mənə kömək olanlara təşəkkür edirəm. Onlar məşq etməyəndə, yarışlara qatılmayanda da yanımda olublar. Adətən, medal qazananda hamı sevir, öpür, nəticə olmayanda isə unudur. Mənim vəziyyətimdə isə belə deyil. Həmişə dəstəkləyirlər. Buna görə də təşəkkür edirəm. Avropa çempionatını buraxsam da, çempionu Avropa Oyunlarında məğlub etdim”.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ