Çempionlar Liqası: Güclü RƏQİBLƏR ÜZ-ÜZƏ-AFİŞA
Tarix: 23-02-2021, 08:59
Baxılıb: 3 237
Google+ Paylaş
Tumblr Paylaş

Çempionlar Liqası: Güclü RƏQİBLƏR ÜZ-ÜZƏ-AFİŞA

23-02-2021, 08:59

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
Avromedia.az-ın məlumatına görə, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.
İspaniya La Liqasının lideri "Atletiko" İngiltərənin "Çelsi" komandası ilə üz-üzə gələcək. Pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq matça Madrid təmsilçisi bir neçə itki ilə çıxacaq. Xose Mariya Ximenes, Şime Vrsalko, Ektor Errera, Yannik Karrasko zədə səbəbindən oyunu buraxacaqlar. London klubunda isə Tiaqu Silva və Temmi Abrahamın bu görüşdə forma geyinməsi sual altındadır.
Gecənin digər matçı İtaliyada olacaq. "Latsio" öz meydanında turnirin son qalibi olan Almaniya "Bavariya"sını sınağa çəkəcək. Qonaqlardan Aleksandr Nübel, Benjamin Pavar, Duqlas Kosta, Korenten Tolisso, Serj Qnabri və Tomas Müllerin oynamayacağı dəqiqdir. Meydan sahiblərindən isə Ştefan Radu zədəli olduğu üçün meydana çıxa bilməyəcək. Digər zədəli Tomas Strakoşanın oynayıb-oynamayacağı isə bilinmir.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
24:00. "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə)
24:00. "Latsio" (İtaliya) - "Bavariya" (Almaniya)
Qeyd edək ki, 1/8 finalın əvvəlki görüşlərində Fransa PSJ-si İspaniyanın "Barselona" komandasına 4:1, İngiltərə "Liverpul"u Almaniyanın "Leyptsiq" kollektivinə 2:0, Portuqaliya "Portu"su İtaliya "Yuventus"una 2:1, Almaniyanın "Borussiya" (Dortmund) klubu isə İspaniya "Sevilya"sına 3:2 hesabı ilə qalib gəlib. Bu mərhələnin digər iki oyunu sabah keçiriləcək. İspaniya "Real Madrid"i İtaliyada "Atalanta" ilə, İngiltərənin "Mançester Siti" komandası isə Macarıstanın paytaxtı Budapeştdə Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ