İdmançımız ermənini darmadağın etdi - İlk qələbə
Tarix: 26-06-2019, 13:19
Baxılıb: 847

İdmançımız ermənini darmadağın etdi - İlk qələbə

26-06-2019, 13:19

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev "Minsk 2019" II Avropa Oyunlarına qələbə ilə başlayıb.
Report xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan titullu idmançı 1/8 final görüşündə Ermənistan təmsilçisi Valodya Franqulyana heç bir şans verməyib - 6:0.
Daha bir sərbəst güləşçi Hacımurad Hacıyev isə təsəlliverici qarşılaşmada Kirillos Binenmpauma 10:3 hesabı ilə qalib gələrək, bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. O, axşam seansında ukraynalı Vasili Mixaylovu yensə, fəxri kürsüyə yüksələcək.
86 kq çəkidə yer alan Aleksandr Qostiyevin isə bürünc medal görüşündə rəqibi müəyyənləşib. Qostiyev təsəlliverici görüşdə qələbə qazanan san-marinolu Nazem Mines Amine ilə qarşılaşacaq.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ