Boksçumuz Alaverdiyanı məğlub etdi, lakin...
Tarix: 25-06-2019, 22:20
Baxılıb: 31
Google+ Paylaş
Tumblr Paylaş

Boksçumuz Alaverdiyanı məğlub etdi, lakin...

25-06-2019, 22:20

“Minsk 2019” ikinci Avropa Oyunlarının boks yarışlarında dörddəbir finalda mübarizə aparan Rüfət Hüseynov (49 kq) italiyalı Federiko Serra ilə qarşılaşıb.
Avromedia.az xəbər verir ki, görüşdə 0:5 hesabı ilə uduzan boksçumuz “Minsk 2019”da mübarizəni dayandırıb.
Dəri əlcək ustası səkkizdəbir finalda İsrail təmsilçisi David Alaverdiyanı 4:0 hesabı ilə məğlubiyyətə uğratmışdı.
Qeyd edək ki, ikinci Avropa Oyunlarının beşinci günündə Cavid Çələbiyev (60 kq) və Loren Alfonso Domingez (81 kq) də mübarizə aparıblar. Səkkizdəbir final mərhələsində rinqə çıxan hər iki boksçumuz dörddəbir finala yüksəliblər. Səkkizdəbir finalda Moldova təmsilçisi Dorin Buksanı 5:0 hesabı ilə məğlub edən C.Çələbiyevin dörddəbir finalda rəqibi Gürcüstan təmsilçisi Otar Eranosyan olacaq.
L.Domingez isə eyni hesabla Belarus boksçusu Mixail Dauqaliavetsə qalib gələrək adını dörddəbir finala yazdırıb. O, dörddəbir finalda Belçika təmsilçisi Ziyad El Mohor ilə qarşılaşacaq.
Hər iki boksçumuz növbəti görüşlərini iyunun 26-da keçirəcək.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ