Minsk-2019: Azərbaycanın 4 güləşçisinin rəqibi müəyyənləşib
Tarix: 24-06-2019, 23:12
Baxılıb: 417
Google+ Paylaş
Tumblr Paylaş

Minsk-2019: Azərbaycanın 4 güləşçisinin rəqibi müəyyənləşib

24-06-2019, 23:12

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında sabah güləş yarışlarına start veriləcək.
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, mübarizəyə öncə sərbəst güləşçilər başlayacaq.
Artıq 57 kq, 74 kq, 86 kq və 125 kq-da püşkatma mərasimi keçirilib və bu çəkilər dərəcələrində çıxış edən Azərbaycan millisinin üzvlərinin ilk rəqibləri müəyyənləşib.
Belə ki, təmsilçilərimizdən Mahir Əmiraslanov (57 kq) bolqarıstanlı Georgi Vangelovla, Hacımurad Hacıyev rumıniyalı Maksim Vasilioqlo ilə, Aleksandr Qostiyev (86 kq) isveçrəli Stefan Reyçmutla və Camaləddin Məhəmmədov (125 kq) belaruslu Vitali Pyasnyakla üz-üzə gələcək.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ