La Liqa: “Real Sosyedad” "Real"ı 1 xalla yola saldı
Tarix: 21-09-2020, 08:33
Baxılıb: 2 528
Google+ Paylaş
Tumblr Paylaş

La Liqa: “Real Sosyedad” "Real"ı 1 xalla yola saldı

21-09-2020, 08:33

İspaniya La Liqasında II turun növbəti oyunları keçirilib.
Avromedia.az xəbər verir ki, ikinci oyun günündə keçirilməli olan altı qarşılaşmadan dördü baş tutub.
İlk qələbəsini qazanan “Kadis” səfərdə “Ueska”nı üstələyib. “Qranada” “Alaves”, “Betis” isə “Valyadolid”lə görüşdə ikinci qələbəsini rəsmiləşdirib.
Günə “Real Sosyedad” – “Real” qarşılaşması ilə yekun vurulub. Cari mövsüm ilk oyununa San Sebastianda çıxan “kral klubu” qolsuz bərabərliklə kifayətlənməli olub.
Qeyd edək ki, növbəti turun oyunları sentyabrın 25-27-də keçiriləcək.
İspaniya La Liqası
II tur
20 sentyabr

“Ueska” – “Kadis” – 0:2
Qollar:
Neqredo, 11, Pombo, 83
“Levante” – “Atletiko” – təxirə salınıb
“Sevilya” – “Elçe” – təxirə salınıb

“Qranada” – “Alaves” – 2:1
Qollar:
Soldado, 7, Maçis, 79 – Xoselu, 22
“Betis” – “Valyadolid” – 2:0
Qollar:
Fekir, 10 (pen.), Karvalyo, 18
“Real Sosyedad” – “Real” – 0:0
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ