Çempionlar Liqası: Bu gün növbəti yarımfinalçı müəyyənləşəcək
Tarix: 13-08-2020, 08:19
Baxılıb: 1 030
Google+ Paylaş
Tumblr Paylaş

Çempionlar Liqası: Bu gün növbəti yarımfinalçı müəyyənləşəcək

13-08-2020, 08:19

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.
"Report"un məlumatına görə, Almaniya “Leyptsiq”i İspaniyanın “Atletiko” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.
Portuqaliyanın Lissabon şəhərindəki “Joze Alvalade” stadionunda baş tutacaq matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.
Vacib oyun öncəsi hər iki komandada itkilər var. “Atletiko”nun heyətində Anhel Korrea və Şime Vrsalko koronavirusa yoluxduqları üçün oynamayacaqlar. “Leyptsiq”də isə Fabris Hartman və Marsel Zabitzer zədə səbəbindən matçı buraxacaqlar.
Qeyd edək ki, 1/4 finalın ilk oyununda Fransa çempionu PSJ İtaliya “Atalanta”sını 2:1 hesabı ilə məğlub edib. Paris təmsilçisi yarımfinalda “Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya) duelinin qalibi ilə üz-üzə gələcək.
13 avqust
Çempionlar Liqası, 1/4 final
23:00. “Leyptsiq” (Almaniya) – “Atletiko” (İspaniya)
Baş hakim:
Şimon Marçinyak
Portuqaliya, Lissabon. “Joze Alvalade” stadionu
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ