Sabiq hakimin oğlunun vəzifəsi yüksəldildi
Tarix: 2-07-2020, 21:29
Baxılıb: 1 091
Google+ Paylaş
Tumblr Paylaş

Sabiq hakimin oğlunun vəzifəsi yüksəldildi

2-07-2020, 21:29

AFFA-nın Hakimlər Komitəsi 2020/2021-ci il mövsümündə Azərbaycan Premyer Liqası və I Divizionda fəaliyyət göstərəcək bir neçə yeni referi və referi köməkçisini təsdiq edib.
Avromedia.az xəbər verir ki, bunların arasında sabiq referilərimizdən olan Rövşən Əhmədovun oğlu Rəşad Əhmədov da var. O, yeni mövsümdən Premyer Liqada hakimlik edəcək.
Premyer Liqa, referi: Rəşad Əhmədov
Premyer Liqa, referi köməkçisi: Kamran Bayramov
I divizion, referi: Tural Qurbanov
I divizion, referi köməkçiləri: Hidayət Feyzullayev, Tərlan Talıbzadə, Vüsal Məmmədov
Qeyd edək ki, Mingəçevir hakimlik məktəbini təmsil edən Rəşad Əhmədov 2017/2018 mövsümündə – 2018-ci ilin mayın 12-də Premyer Liqada “Keşlə” – “Qarabağ” matçı ilə debut etsə də, daha çox I divizionda hakimlik edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ