Rəcəbovun komandası ilk qələbəsini qazandı
Tarix: 5-05-2020, 23:38
Baxılıb: 1 022
Google+ Paylaş
Tumblr Paylaş

Rəcəbovun komandası ilk qələbəsini qazandı

5-05-2020, 23:38

Bu gün şahmat üzrə Onlayn Millətlər Kubokuna start verilib.
Avromedia.az xəbər verir ki, Teymur Rəcəbovun çıxış etdiyi dünya yığması ilk turda Çin komandası ilə qarşılaşıb. Görüş asiyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycanlı qrossmeyster ilk görüşünü Van Haoya qarşı keçirib. Qara fiqurlarla oynayan 33 yaşlı şahmatçı rəqibi ilə sülh bağlayıb.
Günün digər qarşılaşmalarında Avropa Rusiya ilə, Hindistan isə ABŞ-la heç-heçəyə razılaşıb.
T.Rəcəbovun komandası bu gün növbəti görüşünü Hindistan seçməsinə qarşı keçirəcək.
Qeyd edək ki, 180 000 ABŞ dolları mükafat fonduna malik yarış iki dövrəlik olacaq. İlk mərhələ 5 - 9 mayda gerçəkləşəcək. Daha sonra iki ən güclü komanda mayın 10-da Superfinalda üz-üzə gələcək.
***
Şahmat üzrə onlayn Millətlər Kubokunda qrossmeysterimiz Teymur Rəcəbovun da yer aldığı dünya yığması ilk qələbəsini qazanıb.
İkinci raundda Hindistan yığması ilə mübarizə aparan dünya komandası rəqibini 2,5:1,5 hesabı ilə məğlub edib. Teymur Rəcəbov Vişvanatan Anand, FIDE təmsilçisi Əlirza Firuzca Pentala Harikrişna, ukraynalı Mariya Muzıçuk Hampi Koneru ilə heç-heçə ediblər. Yığmanın üzvü perulu Xorxe Korinin Başkaran Adhibanı məğlub etməsi komandanın qələbəsini təmin edib.
İkinci raundun digər oyunlarında ABŞ Rusiya yığmasını, Çin Avropa komandasını 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu gün keçirilmiş birinci raundun oyunlarında dünya yığması Çin komandasına 1:3 hesabı ilə məğlub olub, Avropa Rusiya, Hindistan ABŞ yığmaları ilə heç-heçə ediblər.
Altı komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ