Azərbaycanlı futbol hakimi koronavirusa yoluxdu
Tarix: 20-04-2020, 18:46
Baxılıb: 1 667
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanlı futbol hakimi koronavirusa yoluxdu

20-04-2020, 18:46

"Yediyim yeməklərdən dad və qoxu almırdım. Hətta ən tünd qoxuları da hiss etmirdim".
Bu fikirləri eksklüziv açıqlamasında Türkiyədə koronavirusa yoluxan azərbaycanlı futbol hakimi İsa Məmmədov vəziyyəti barədə danışarkən deyib.
Gənc referi bildirib ki, xəstəxanaya məhz dad və iybilmə qabiliyyətini itirdikdən sonra müraciət edib: "Evdə yediyim yeməklərin ardıcıl iki gün dadını bilmədim. Sonra dezinfeksiya üçün üzümə kolonya (limonlu spirt) vurdum. Normalda adamın burnunu yandırır, amma onun belə, qoxusunu his etmədim. Bundan sonra narahat oldum və həkimə müraciət etdim".
İ.Məmmədovun sözlərinə görə, əvvəlcə virus daşıyıcısı olduğunu bilməyib: "Həkimlər belə problemin olduğunu bilən kimi məni dərhal koronavirus şöbəsinə göndərdilər. Sən demə, iy və dad hiss etməmək virusun əlamətlərindən biri imiş".report
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ