UEFA-dan 2020 ilə bağlı YENİ AÇIQLAMA
Tarix: 9-04-2020, 21:36
Baxılıb: 1 171
Google+ Paylaş
Tumblr Paylaş

UEFA-dan 2020 ilə bağlı YENİ AÇIQLAMA

9-04-2020, 21:36

UEFA növbəti il keçirilməsi planlaşdırılan Avropa çempionatının ev sahiblərinin azaldılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Avromedia.az xəbər verir ki, qurumdan “Sky Sports”a verilən məlumatda bildirilib ki, məqsəd oyun cədvəlini və keçirilmə yerini olduğu kimi saxlamaqdır. Qeyd olunub ki, yarışın cədvəli hələ rəsmi olaraq təsdiqlənməyib. Bu məsələdə ev sahibi olan bütün şəhərlərlə əlaqə saxlanacaq. Daha sonra məlumat veriləcək.
Qeyd edək ki, bu gün mətbuatda koronavirusa görə UEFA-nın Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək şəhərlərin sayını azalda biləcəyi barədə xəbərlər yayılmışdı.
Xatırladaq ki, Avro-2020 bu yay Bakı da daxil olmaqla Avropanın 12 şəhərinddə keçirilməli idi. Ancaq koronavirus pandemiyası görə turnir gələn ilin yayına kimi təxirə salınıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ