FİFA prezidenti: “Futbol mütləq qayıdacaq, anlayacağıq ki, dəhşət bitdi”
Tarix: 3-04-2020, 08:49
Baxılıb: 1 893
Google+ Paylaş
Tumblr Paylaş

FİFA prezidenti: “Futbol mütləq qayıdacaq, anlayacağıq ki, dəhşət bitdi”

3-04-2020, 08:49

FİFA prezidenti Canni İnfantino güman edir ki, koronavirus pandemiyası ilə əlaqədar məcburi fasilədən sonra futbol dəyişəcək.
Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

"Futbol mütləq qayıdacaq və nə vaxt ki, bu olacaq, biz anlayacağıq ki, dəhşət bitdi. Və hər şeyi birlikdə bayram edəcəyik. Amma bir şey aydındır: futbol tamamilə başqa olacaq. Bu dərsi siz və mən mənimsəməliyik. Futbol daha sosial, birləşdirici olacaq”.
Canni İnfantino hesab edir ki, idmanın bu növü yeni keyfiyyət mərhələsinə qədəm qoyacaq.
“Futbol əvvəlki ilə müqayisədə daha çox üstün olacaq, amma bununla birlikdə daha çox qlobal olacaq. Təkəbbürlülük ondan gedəcək və xeyirxahlıqlar gələcək. Biz daha yaxşı, əbədi olaraq dəyərlərə daha diqqətli, mərhəmətli olacağıq", - İnfantino deyib.
Canni İnfantino 2016-cı ilin fevralında bu postda Yozef Blatteri əvəz edərək FİFA-nın prezidenti olub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ