Formula 1 də virtuallaşır – Qərar
Tarix: 21-03-2020, 15:29
Baxılıb: 1 984
Google+ Paylaş
Tumblr Paylaş

Formula 1 də virtuallaşır – Qərar

21-03-2020, 15:29

Formula 1 yarışlarının təşkilatçısı “Liberty Media” virtual çempionat – “F1 Esports Virtual Grand Prix”in keçiriləcəyini elan edib.
Avromedia.az xəbər verir ki, Formula 1 pilotlarının iştirak edəcəyi çempionat təxirə salınan Qran-prilərin yerinə təşkil olunacaq. Birinci mərhələ martın 22-də - virtual Bəhreyn Qran-Prisi baş tutacaq. Təsnifat yürüşlərinin də keçiriləcəyi yarışda pilotlar 28 dövrə vuracaqlar. Çempionatda bütün bolidlər eyni göstəricilərə malik olacaqlar.
Yarış Formula 1-in rəsmi Yutub, Tvitch və Feysbuk səhifələrində canlı yayımlanacaq.
Bəhreynlə yanaşı, təxirə salınan Vyetnam, Niderland, İspaniya və Monako virtual yürüşlərinin də keçirilməsi planlaşdırılır. Hanoy və Zandfort yürüşlərinin “F1 2019” oyun bazasında trasları olmadığı üçün yarışlar digər treklərdə təşkil ediləcək.
Çempionatın iyunadək davam etməsi gözlənilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ