AÇ-2020 bir il sonraya təxirə salınır?
Tarix: 12-03-2020, 22:50
Baxılıb: 984
Google+ Paylaş
Tumblr Paylaş

AÇ-2020 bir il sonraya təxirə salınır?

12-03-2020, 22:50

AVRO-2020 koronavirus (COVİD-19) epidemiyası səbəbindən təxirə salına bilər. 
Avromedia.az xəbər verir ki, bu barədə Fransanın “Ekip” nəşri iddia ilə çıxış edib. 
Nəşrin əməkdaşları UEFA-nın planlarını aşkara çıxarıblar. 
Məlumata görə, martın 17-də elan olunacaq qərara əsasən, çempionat bir il sonraya keçirilə bilər. 
Bu qərarın verilməsi üçün FİFA-nın da razılığı olmalıdır. Belə ki, 2021-ci ilin yayında ilk dəfə yeni formatda keçiriləcək klublararası dünya çempionatı da nəzərdə tutulub. 
Qeyd edək ki, 4 oyunu Bakıda keçiriləcək AVRO-2020 iyunun 12-dən iyulun 12-dək olan müddətdə təşkil olunması planlaşdırılırdı. 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ