Avropa Liqası: "Arsenal" mübarizəni dayandırdı-NƏTİCƏLƏR
Tarix: 28-02-2020, 08:11
Baxılıb: 1 832
Google+ Paylaş
Tumblr Paylaş

Avropa Liqası: "Arsenal" mübarizəni dayandırdı-NƏTİCƏLƏR

28-02-2020, 08:11

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarından daha biri yekunlaşıb.
Avromedia.az-ın məlumatına görə, "Arsenal" İngiltərədə Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gəlib. Görüşün əsas vaxtını qonaqlar üstün tamamlayıblar - 1:0. İlk matçda "Arsenal" bu hesabla qalib gəldiyi üçün əlavə vaxt təyin olunub. Bu bölümdə isə hər iki komanda qol vurmağa müvəffəq olub - 1:2. Nəticədə "Olimpiakos" 1/8 finala yüksəlib.
Qeyd edək ki, daha əvvəl İspaniyanın "Sevilya" və "Xetafe", Almaniya "Volfsburq" və "Bayer", İngiltərənin "Mançester Yunayted" və "Vulverhempton", İtaliyanın "İnter" və "Roma", İsveçrənin "Bazel", Avstriyanın LASK, Türkiyənin "Başakşehir", Ukraynanın "Şaxtyor" (Donetsk), Danimarkanın "Kopenhagen" və Şotlandiyanın "Reyncers" komandaları da mərhələ adlayıb. 
Əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmış "Zaltsburq" (Avstriya) - "Ayntraxt" (Frankfurt, Almaniya) görüşü bu gün - fevralın 28-də keçiriləcək. 
Avropa Liqası
1/16 final mərhələsi, cavab oyunları
27 fevral
24:00. "Ayaks" (Hollandiya) - "Xetafe" (İspaniya) - 2:1
İlk oyun – 0:2
24:00. "Arsenal" (London, İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 1:2 (ƏLAVƏ VAXT - 1:1)
İlk oyun – 1:0
24:00. "Benfika" (Portuqaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 3:3
İlk oyun – 1:2
24:00. "Seltik" (Şotlandiya) - "Kopenhagen" (Danimarka) - 1:3
İlk oyun – 1:1
24:00. “İnter" (İtaliya) - "Lüdoqorets" (Bolqarıstan) - 2:1
İlk oyun – 2:0
24:00. "Mançester Yunayted" (İngiltərə) - "Brügge" (Belçika) - 5:0
İlk oyun – 1:1
24:00. "Sevilya" (İspaniya) - ÇFR (Rumıniya) - 0:0
İlk oyun – 1:1
24:00. "Zaltsburq" (Avstriya) - "Ayntraxt" (Frankfurt, Almaniya) görüşü təxirə salınıb.
İlk oyun – 1:4
26 fevral
21:00. "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) - 0:1
İlk oyun – 2:3.
*** 01:55
UEFA Avropa Liqasında 1/16 final mərhələsinin daha 6 cavab oyunu yekunlaşıb.
"Report"un məlumatına görə, İngiltərə "Mançester Yunayted"i Belçika "Brügge"sini darmadağın edib - 4:0. İlk matçda 1:1 hesablı heç-heçə qeydə alındığından, "qırmızı şeytanlar" 1/8 finala yüksəliblər.
İspaniyanın "Sevilya" və "Xetafe", İtaliyanın "İnter", Ukraynanın "Şaxtyor" (Donetsk) və Danimarkanın "Kopenhagen" komandaları da mərhələ adlayıb.
Hazırda İngiltərədə "Arsenal" və Yunanıstan "Olimpiakos"u arasındakı qarşılaşmada əlavə vaxt oynanılır. 
Avstriya "Zaltsburq"u ilə Almaniya "Ayntraxt"ı arasındakı cavab görüşü fevralın 28-də keçiriləcək. 
Qeyd edək ki, daha əvvəl Almaniya "Volfsburq"u və "Bayer"i, İngiltərə "Vulverhempton"u, İsveçrə "Bazel"i, İtaliya "Roma"sı, Avstriya LASK-ı, Türkiyə "Başakşehir"i və Şotlandiya "Reyncers"i də mərhələ adlayıb. 
****
UEFA Avropa Liqasında 1/16 final mərhələsinin daha 1 cavab oyunu yekunlaşıb.
"Report"un məlumatına görə, Türkiyənin yeganə təmsilçisi "Başakşehir" Portuqaliya "Sportinq"ini qəbul edib. Görüşün əsas vaxtı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
31-ci dəqiqədə Martin Şkrtel "Başakşehir"i hesabda önə çıxarıb. 45-ci dəqiqədə Daniel Aleksiç növbəti qolu vurub. 68-ci dəqiqədə Lusiano Vietto fərqi azaltsa da, 90+2-ci dəqiqədə Edin Vişça Türkiyə klubunun aktivinə vacib qol yazıb.
İlk matçda "Sportinq" də eyni hesabla qalib gəldiyi üçün əlavə vaxt təyin edib. Bu bölümdə isə "Başakşehir" daha bir qol vurub: 119-cu dəqiqədə Vişça penaltidən dəqiq yararlanıb. Nəticədə İstanbul komandası 4:1 hesablı qələbə sayəsində 1/8 finala adlayıb. 
Qeyd edək ki, daha əvvəl Almaniya "Volfsburq"u və "Bayer"i, İngiltərə "Vulverhempton"u, İsveçrə "Bazel"i, İtaliya "Roma"sı, Avstriya LASK-ı və Şotlandiya "Reyncers"i də mərhələ adlayıb. 
*** 23:54
UEFA Avropa Liqasında 1/16 final mərhələsinin daha 6 cavab oyunu yekunlaşıb.
"Report"un məlumatına görə, İngiltərənin "Vulverhempton" klubu İspaniyada "Espanyol"a 2:3 hesabı ilə uduzub. Bununla belə, ilk matçda 4:0 hesabı ilə qalib gəldiyi üçün 1/8 finala "Vulverhempton" adlayıb. 
Lakin bu komandanın baş məşqçisi Nunu Eşpiritu Santu yenə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun xidmətindən yararlanmayıb. 21 yaşlı oyunçu matçın iştirak ərizəsində belə yer almayıb.
Qrup mərhələsində "Qarabağ"a rəqib olmuş Kipr APOEL-i İsveçrədə də "Bazel"ə uduzub - 0:1. Nəticədə 1/8 finala "Bazel" yüksəlib.
Bundan başqa, Almaniya "Volfsburq"u və "Bayer"i, İtaliya "Roma"sı və Avstriya LASK-ı mərhələ adlayıb.
Avropa Liqası
1/16 final mərhələsi, cavab oyunları
27 fevral
21:55. "Portu" (Portuqaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:3
İlk oyun – 1:2
21:55. "Espanyol" (İspaniya) - "Vulverhempton" (İngiltərə) - 3:2
İlk oyun – 0:4
21:55. "Bazel" (İsveçrə) - APOEL (Kipr) - 1:0
İlk oyun – 3:0
21:55. "Gent" (Belçika) - "Roma" (İtaliya) - 1:1
İlk oyun – 0:1
21:55. LASK (Avstriya) - AZ (Alkmaar, Hollandiya) - 2:0
İlk oyun – 1:1
21:55. "Malmö" (İsveç) - "Volfsburq" (Almaniya) - 0:3
İlk oyun – 1:2
21:55. "Başakşehir" (Türkiyə) - "Sportinq" (Portuqaliya) - 4:1 (əlavə vaxt - 1:0)
İlk oyun - 1:3
Qeyd edək ki, fevralın 25-də Şotlandiya "Reyncers"i mərhələ adlayıb. Bu gün keçirilməli olan qarşılaşmalardan "Zaltsburq" (Avstriya) - "Ayntraxt" (Frankfurt, Almaniya) matçı əlverişsiz hava şəraitinə görə təxirə salınıb.Report
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ