ÇL:“Real Madrid” evdə, "Yuventus" səfərdə məğlub oldu
Tarix: 27-02-2020, 08:31
Baxılıb: 1 167
Google+ Paylaş
Tumblr Paylaş

ÇL:“Real Madrid” evdə, "Yuventus" səfərdə məğlub oldu

27-02-2020, 08:31

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub. "Report"un məlumatına görə, son olaraq, İspaniya və Fransada qarşılaşmalar oynanılıb.
“Real Madrid” İngiltərənin “Mançester Siti” komandası ilə görüşdə 1:2 hesabı ilə uduzub. Hesabı 60-cı dəqiqəsində "kral klubu"nun futbolçusu İsko açıb. Lakin “Mançester Siti” matçda təşəbbüsü ələ almağı bacarıb. Qonaqların heyətində 78-ci dəqiqədə Qabriel Jesus, 83-cü dəqiqədə isə penaltidən Kevin De Brüyne fərqlənib. 86-cı dəqiqədə isə meydan sahiblərinin kapitanı Serxio Ramos qırmızı vərəqə alıb.
“Lion” isə öz meydanında İtaliya “Yuventus”unu qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 31-ci dəqiqədə Lüka Tuzar vurub.
Cavab görüşləri martın 17-də keçiriləcək. 
Qeyd edək ki, əvvəlki oyunlarda "Çelsi" İngiltərədə Almaniya "Bavariya"sına 0:3 hesabı ilə yenilib, "Napoli" İtaliyada İspaniya "Barselona"sı ilə bərabərə qalıb - 1:1. "Tottenhem" İngiltərədə Almaniya "Leyptsiq"inə 0:1 hesabı ilə uduzub, "Atalanta" İtaliyada İspaniyada "Valensiya"sını darmadağın edib - 4:1. Bundan başqa, "Atletiko" İspaniyada İngiltərə "Liverpul"una 1:0, Almaniyanın "Borussiya" (Dortmund) komandası Fransa PSJ-sinə 2:1 hesabı ilə qalib gəlib.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
26 fevral
24:00. "Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2
Qollar: İsko, 60 - Qabriel Jesus, 78. Kevin de Bruyne, 83 (pen.)
Qırmızı vərəqə: Serxio Ramos, 86 ("Real Madrid")
Baş hakim: Daniele Orsato (İtaliya)
"Santyaqo Bernabeu" stadionu
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ