Bir dövrün sonu: Mariya Şarapova karyerasını bitirdi
Tarix: 26-02-2020, 19:49
Baxılıb: 1 353
Google+ Paylaş
Tumblr Paylaş

Bir dövrün sonu: Mariya Şarapova karyerasını bitirdi

26-02-2020, 19:49

Rusiyalı tennisçi Mariya Şarapova karyerasına son qoyub.
5 dəfə qrand-salm çempionluğu yaşayan tennisçi 32 yaşında tennisi buraxdığını açıqlayıb.
36 dəfə təkbətək yarışlarda qalib olan, ümumilikdə, 38,7 milyon dollar pul mükafatı qazanan Şarapova 2016-cı ildə dopinqdən istifadə etmə iddiası ilə 15 ay yarışlardan uzaqlaşdırılmışdı. Bu cəzadan sonra əvvəlki formasını bərpa edə bilməyən professional idmançı tennisə bu sözləri ilə vida edib: “Tək bildiyiniz həyatı necə arxanızda qoya bilərsiniz? 28 il sevərək etdiyim, saysız göz yaşı, tərifi olmayan həyəcanlar yaşadığım, bir ailə qazandığım idmanda kiçik qız ikən addım atdığınız kortlardan necə ayrıla bilərsiniz? Tennis, sənə əlvida deyirəm. Buna görə məni bağışlayın”.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ